“Azərbaycanda sahibkarlığa mane yaradan qanunvericilik formalaşıb”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib. İqtisadçının sözlərinə görə, vergi qanunvericiliyinə əsasən satılan malların mənbəyi bilinməlidir:
“Hesab edək ki, sizin köhnə bir əşyanız var, onu hər hansı bir şəxsə satmaq istəyirsiniz. Bu halda siz vergi ödəyicisi kimi həmin əşyanın sənədlərini təqdim etməlisiniz ki, riskli vergi ödəyicisi siyahısına düşməyəsiniz. Bu yaxınlarda iqtisadçılardan biri evdə söküntü işləri apardıqdan sonra, tullantı dəmir parçalarını dəmir yığımı ilə məşğul olan təşkilata təhvil vermək istəyirdi. Amma o vergi ödəyicisi olduğu üçün bunu edə bilmir. Səbəb odur ki, malın mənbəyi yoxdur.

Elektron vergi hesab faktura verəcəyi halda həmin bu dəmir tullantıların sənədləri olmalıdır. Nəticədə o məcbur olur bu dəmir parçalarını gəlir götürmədən kimlərəsə versin. Ola bilər sual yaranır ki, bəs həmin şəxs vergi ödəyicisi olmayan qonşusuna gəlirlə şərik olaraq versəydi gəlir əldə etməzdimi? Edə bilərdi. Qonşu şəxsiyyət vəsiqəsini yığımla məşğul olan şəxslərə verərək onun adına alış aktı rəsmiləşdiriləcəkdir. Nəticədə həmin bu qonşu belə olan vergi orqanın hədəfinə düşəcək idi. Əldə etdiyi maldan vergi verməli olacaq idi. Bir müddət sonra isə onun adına VÖEN açılacaqdı. Qonşu isə gəlirdən vergi ödəyici üçün şəxsə vəsait ödəməyəcəkdi. Çünki artıq o dəmir tullantıların satışı olan şəxs kimi, vergi nəzarətində olacaq . Bundan əlavə şəxs vergi orqanına çağrılıb bununla bağlı sorğu - sual olunsa və məlum olsa ki, bu sadəcə vastiəçidir əslində bu mal başqasınındır onda təhlükə daha geniş miqyas alacaq”.
“Təəssüflər olsun ki, qanunvericiliyimiz tam formada sahibkarın hüquqların nəzərə almır. Demək ki, biz sahibkarlığa dəstək olub inkişaf etdiririk bu tam düzgün fikir deyil. Adi Gömrük Komitəsinin sədri işdən azad olunub. Orada gözləyillər ki, yeni gələn şəxs ortada olan maneəni aradan qaldıracaq. Amma gələn şəxs qanunvericilik də, nəzərdə tutulan məhdudiyyətləri necə aradan qaldıra bilər? Demək fərdi şəxslərin dəyişməsi nəticəyə cüzi təsir edə bilər, tam olaraq təsir etmir. Bunun üçün qanunvericiliyə yenə də baxılmalıdır. Amma bundan istifadə edən amillərdə var. Misal üçün biz Ümumdünya Ticarət Təşkilatının üzvü olsaydıq məhsulların qiyməti artacaq idi, amma sahibkarlar istədiyi məhsulları maneəsiz bazardan ala biləcəkdi. Bu hüquq həm də digər ölkələrə də eyni hüququ verir. Amma burada rəqabət mühiti arta bilər. Bəlkə də yerli bazarın qorunması üçün təşkilata üzv olmurlar. Amma nəzərə almaq lazımdır ki, orada bizdən iqtisadiyyatı zəif ölkələr var”, - deyə iqtisadçı sonda fikirlərini yekunlaşdırıb.
Aynurə Demokrat.az


