İdman

Konfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələdə

Konfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələdə

Bakıda UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda “Neftçi” və Kipr “Aris”i üz-üzə gəlib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İlk hissədəDonyonun qolu ilə önə keçən "ağ-qaralar" ikinci yarıda Eddi İsrafilov və Sayefin qolları ilə fərqi üç topa çıxarıb.

Səfərdə rəqibinə 0:2 hesabı ilə məğlub olan "Neftçi" 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib.

Demokrat.az

D
demokrat.az