AMEA-da prezident seçkiləri, ənənəyə uyğun olaraq həqiqi və müxbir üzvlərin seçkiləri keçiriləcək.
"Report"un əldə etdiyi məlumata görə, həm AMEA-nın balansında qalan, həm də yeni nazirliyə verilən elmi institutlar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.
AMEA-nın tabeliyində olan elm müəssisələri aşağıdakılardır: Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutu; Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu; Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu; Fəlsəfə və Sosiologiya İnstitutu; Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; Nəsimi adına Dilçilik İnstitutu; Memarlıq və İncəsənət İnstitutu; Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; Folklor İnstitutu; Elm Tarixi İnstitutu; Qafqazşünaslıq İnstitutu; “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi; Mərkəzi Elmi Kitabxana; “Elm” Nəşriyyatı.


