Hadisə

Bakıda 24 yaşlı gənci maşın vurdu

Bakıda 24 yaşlı gənci maşın vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, “Ukrayna dairəsi” yaxınlığında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Cavadov Elçin Rafiq oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.(report.az)

D
demokrat.az