Hindistanın Bihar şəhərində dəhşətli olay baş verib.
Demokrat.az xəbər verir ki, öz evlərində gizlən-qaç oynayan 5 yaşlı qızı ilan sancıb.
Qızcığaz dərhal ailəsi tərəfindən xəstəxanaya aparılıb. Lakin qızın həyatını xilas etmək mümkün olmayıb.
Evə çağırılan rəsmi qurumun nümayəndələri isə daha böyük sürprizlə qarşılaşıblar.
Belə ki onlara doğru təqribən 40 ilan sürünməyə başlayıb və insanları qorxuya salıb.
Qeyd edək ki, havaların isinməsi ilə Bihar şəhərində ilanlar hücumlarının sayı artıb.
Malik Demokrat.az


