Ukrayna Prezidenti Volodimir Zelenski və Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı baş tutub.
Demokrat.az xəbər verir ki, bu barədə Zelenski özünün “Twitter“ hesabında məlumat yayıb.
Zelenski Consonu Ukraynanın böyük dostu adlandırıb və onunla müntəzəm əlaqə saxladığını bildirib.
“Biz Britaniyada Ukrayna əsgərlərinin təlimlərinin intensivləşdirilməsi və digər çoxşaxəli hərbi əməkdaşlıq haqqında danışdıq”,- o yazıb.
I have regular contacts with a great friend of Ukraine @BorisJohnson. We talked about intensifying the training of Ukrainian soldiers in 🇬🇧 and other manifold military cooperation. I received assurances that UK support for Ukraine remains strong and unequivocal.
— Володимир Зеленський (@ZelenskyyUa) July 22, 2022


