Gündəm Özəl

Deputat: “Avropa İttifaqı ölkələrinin qaz ehtiyatı tükənmək üzrədir”

Deputat: “Avropa İttifaqı ölkələrinin qaz ehtiyatı tükənmək üzrədir”

“Prezident İlham Əliyev Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edəndə açıq şəkildə qeyd etdi: “Biz Avropa Parlamentinin hərəkətlərini başa düşə bilmirik. Əslində, Avropa Parlamenti Ermənistan parlamenti ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressivdir. Bəzən elə gəlir ki, bu qətnamələri Ermənistan parlamenti qəbul edir və ya ola bilsin, bəzi erməni lobbi qruplarının onların üzərində müəyyən təsiri var. Əks halda, bunu başa düşmək çox çətindir.” Ölkə iqtisadi və siyasi müstəqil olanda hər bir sözü necə varsa üzünə deyə bilir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib. Deputat vurğulayıb ki, bu gün Avropa İttifaqı üçün Azərbaycan daha vacib ölkəyə çevrilmişdir:

“Çünki, Avropa İttifaqı ölkələri heç vaxt olmadığı çətin günlərini yaşayır. Rusiya-Ukrayna müharibəsi Avropa İttifaqının enerji sektoruna böhran gətirmişdir. Payızın gəlişi yaxınlaşdıqca enerji təminatı ilə bağlı məsələlər daha çox narahat etməyə başlamışdır. Avropa İttifaqı ölkələrin qaz ehtiyatı tükənmək üzrədir. Rusiya ilə yaranmış məlum gərginlik Avropa İttifaqını alternativlərin axtarışına məcbur etmişdir”.

Deputat: “Avropa İttifaqı ölkələrinin qaz ehtiyatı tükənmək üzrədir”

“Prezident İlham Əliyevin uzaq görən siyasəti ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi (CQD) Avropa İttifaqı üçün bu gün alternativsiz təminat mənbəsinə çevrilmişdir. CQD-i layihəsinin icrasına başlayanda biz Avropa İttifaqı ölkələrini bu layihənin dəstəklənməsinə dəvət edirdiksə, bu gün isə Avropa İttifaqı özü CQD-nin genişləndirilməsini və ixrac etdiyimiz qazın həcmini iki dəfə artırmağımızı xahiş edir. Təbii ki, iqtisadiyyat siyasətiin lokomotividir. Avropa Parlamentinin deputatlarının səfəri və bu illər ərzində bizə qarşı etdikləri haqsızlıqları onların üzünə deyə bilməyimiz Prezident İlham Əliyevin rəhbərliyi altında formalaşmış ölkəmizin güclü iqtisadiyyatı və ədalətli siyasəti sayəsində nail olunmuşdur. Ədalət gec-tez öz yerini tutur”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az