Kürdəmirdə ağır yol qəzası baş verib.
“Report” xəbər verir ki, hadisə Ərəbqubalı kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı avtomobildə olan sərnişin 68 yaşlı Ərəbqubalı kənd sakini Nəsirov Nəsir Qurban oğlu hadisə yerindəcə dünyasını dəyişib. Sürücü isə müxtəlif dərəcəli ağır bədən xəsarəti alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.


