Hadisə

Dəniz daha bir can aldı

Dəniz daha bir can aldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə Demokrat.az FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Demokrat.az

D
demokrat.az