İranda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə Prezidenti İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, mərasim Sadabad sarayında baş tutub.
Qeyd edək ki, Ərdoğan Tehranda Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək. Daha sonra isə “Astana formatı”nda Türkiyə-İran-Rusiya liderlərinin iştirakı ilə üçtərəfli zirvə görüşü keçiriləcək. Görüşün əsas mövzusunun Suriya olacağı açıqlanıb.
Bununla yanaşı, Ərdoğan səfər zamanı rusiyalı həmkarı Putinlə ikitərəfli görüş keçirəcək.






