Hadisə

Xaçmazda yanğın: Xəsarət alan var

Xaçmazda yanğın: Xəsarət alan var

Xaçmazda yaşayış evində yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Demokrat.az bu barədə Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Üçgünqışlaq kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 16 m² sahədə, 1 ədəd soyuducu və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Demokrat.az

D
demokrat.az