Xəbər verdiyimiz kimi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Tbilisidə görüşdü. XİN başçıları arasında ilk ikitərəfli görüş bir saatdan çox davam etdi. Təkbətək görüşdən sonra nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş baş tutdu.
Bu görüşlə bağlı fikirlərini Demokrat.az-a şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirdi ki, Tbilisidə baş tutan görüşü uğurlu adlandırmaq olar:
“Hesab edirəm ki, orada vasitəçilik olmadığı şəriatdə üzbəüz Azərbaycan tərəfi öz mövqeyini çatdırdı. İstisna etmirəm ki, Ermənistan da öz məsələlərinə münasibətini bildirib. Amma hesab edirəm ki, əsas mövzuları biz cənab Prezidentin çıxışında görə bilərik. Orada göstərilən mövqe və bir çox məqamlar artıq ictimaiyyətə çatdırılıb.
Ceyhun Bayramov təxminən bu çərçivədə orada Ermənistan nazirinə mövqeyini çatdırdı. Yəni, erməni hərbçilərinin çıxması, ərazi iddialarına son qoyulması, status söhbətləri və s. İstisna etmirəm ki, Azərbaycanın iradəsini əks etdirən hansısa fikirlər orada səslənib”.
Aynurə Pənahqızı Demokrat.az


