Fransanın qərbində tüğyan edən meşə yanğınlarının sahəsi 9 min hektarı keçib.
Demokrat.az xəbər verir ki, bölgədə baş verən meşə yanğınları ilə əlaqədar okean çimərliklərinin bir hissəsi turistlərin və yerli sakinlərin üzünə bağlanılıb.
Yeni-Akvitaniya vilayətinin prefekturasının rəhbərliyi tərəfindən verilən məlumatda qeyd olunur ki, hazırda yanğın nəzarət altına alınıb və əhalinin əlavə evakuasiyasına ehtiyac olmayacaq.


