Gündəm Özəl

“Laçın şəhərində SSRİ bayrağının qaldırılması birmənalı olaraq təxribatdır”— Hərbi ekspert

“Laçın şəhərində SSRİ bayrağının qaldırılması birmənalı olaraq təxribatdır”— Hərbi ekspert

“Azərbaycan ərazisi olan Laçın şəhərində Rusiya sülhməramlıları tərəfindən SSRİ bayrağının qaldırılması birmənalı olaraq Azərbaycana qarşı törədilən təxribatdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

“Laçın şəhərində SSRİ bayrağının qaldırılması birmənalı olaraq təxribatdır”— Hərbi ekspert

Ekspert qeyd edib ki, əfsuslar olsun ki, biz dəfələrlə rus sülhməramlılarının müvəqqəti olduğu ərazilərdə və ya onların gözü qarşısında erməni silahlılarının təxribatları ilə rastlaşmışıq: “Amma bunların müsbət nəticələrini də izləməmişik. Ümid edirik ki, bu dəfə fərqli olacaq. Aidiyyatı qurumlarımız, o cümlədən də sülhməramlılar ilə fəaliyyətləri tənzimləyən strukturlar mütləq bu barədə Rusiyadan ciddi izahat tələb etməli, ən qısa zamanda bu bayrağın oradan yığışdırılmasına nail olunmalıdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az