Bakıda bıçaqlanma hadisəsi baş verib.
Demokrat.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
1987-ci il təvəllüdlü Hacıyev Elşən Allahyar oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.(report.az)


