Türkiyədə dəhşətli olay baş verib
Demokrat.az xəbər verir ki, Türkiyənin Qaziosmanpaşa şəhərində 31 yaşlı Turqay Turqut adlı şəxs arvadının telefonunda bir neçə uyğunsuz mesaj görüb.
Buna görə də arvadına atəş açıb. Araya girən qayınanasına da atəş açan Turqay bununla kifayətlənməyib.
Belə ki, bayramlaşmağa görə onlara gələn baldızı və onun əri də güllələnib.
Turqay hadisə yerinə gələn polislərə də atəş açıb və onlardan birini yaralayıb.
Sonda polis cinayətkarı tuta bilib və hazırda o, polis şöbəsində dindilir.


Malik Demokrat.az


