Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıqlamasında bildirib ki, Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh sazişi ilə bağlı substantiv danışıqların keçirilməsinə ümid edir. O qeyd edib ki, Ermənistan və Azərbaycan Baş nazirlərinin müavinləri səviyyəsində delimitasiya üzrə komissiyanın ilk görüşü keçirilib.
Məsələyə münasibət bildirən politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında vurğulayıb ki, Ermənistan Təhlükəsizlik Şurasının katibinin açıqlaması ilk baxışdan pozitiv notludur və müəyyən ümidlər yaradır. Politoloq vurğulayıb ki, Ermənistan tərəfindən bu cür açıqlamaların biz zaman-zaman şahid olmuşuq:
“Verilən açıqlamalarla atılan adddımlar heç də bir-birini tamamlanmayıb. Ümid edək ki, bundan sonrakı dönəmdə Ermənistan tərəfi atdığı addımlarda daha səmimi, daha konstruktiv olacaq. Əgər belə olarsa, doğurdan da, Ermənistan tərəfindən konstruktiv addımlar atılarsa, əlbəttə ki, bu həm bölgə üçün, həm də iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün onun müsbət təsiri ola bilər. Və iki ölkə arasında sülh müqaviləsinin imzalanması qarşılıqlı sürətdə bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiya və demarkasiya həyata keçirilməsi, o cümlədən kommunikasiyaların açılması baş tutarsa, bu tək iki ölkə arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaz regionu üçün önəmli bir addım olardı. Və həm bölgə üçün, həm də konkret iki dövlət üçün gələcəkdə müəyyən müsbət prespektivlər vəd edə bilər. Bu baxımdan əgər doğurdan da, müsbət addımlar olacaqsa və görüşlər məhsuldar olacaqsa, bu, o deməkdir ki, gələcəkdə əməkdaşlıq üçün prespektivlər yarana bilər. Ümid edək ki, bu açıqlama növbəti açıqlamalardan fərqli olaraq konkret adımlarla müşahidə olunacaq”.
Aynurə Pənahqızı Demokrat.az


