Dünya

Zelenski cənubdakı əraziləri azad etməyi tapşırıb

Zelenski cənubdakı əraziləri azad etməyi tapşırıb

Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilərə cənubdakı sahilyanı əraziləri işğaldan azad etməyi əmr edib. Bunun üçün Qərb silahlı ilə təchiz edilmiş milyonluq döyüş qüvvəsi toplanır.

Demokrat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “The Sunday Times” qəzetinə müsahibəsində deyib.

Reznikov qeyd edib ki, V. Zelenski ali hərbi rəhbərliyə ölkə iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən müvəqqəti işğal olunmuş ərazilərin azad edilməsi üçün planlar hazırlamağı tapşırıb.

“Biz başa düşürük ki, bu, ölkəmiz üçün siyasi baxımdan çox lazımdır. Prezident Ali Hərbi Baş Komandana planlar hazırlamağı tapşırıb. Bundan sonra Baş Qərargah öz tapşırıqlarını yerinə yetirir və deyir ki, bu məqsədə çatmaq üçün bizə “A”, “B” və “C” lazımdır”.

Demokrat.az

D
demokrat.az