Türkiyədə maraqlı olay baş verib.
Demokrat.az xəbər verir ki, Türkiyənin Bursa şəhərində Fatma İlhan adlı qadın qurban kəsmək üçün keçi alıb.
Fatma İlhan 2 ay əvvəl aldığı keçini bu səhər kəsmək üçün tövləyə girəndə gözlərinə inanmayıb.
Belə ki, keçinin yanında balası var idi. Bunu görən qadın keçini kəsməkdən vaz keçib.
Fatma İlhanın sözlərinə görə, iki ay müddətində keçinin bala doğacağına aid əlamət görməyib və bu, onun üçün sürpriz olub.
Malik Demokrat.az


