“Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələri ləğv edilib. Demokrat.az xəbər verir ki, bu fikirləri bu gün keçirilən mətbuat konfransında Mənzil İnşaat Dövlət Agentliyinin nümayəndəsi Fərman Qurbanlı deyib. O qeyd edib ki, Azərbaycan Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları aşkarlanıb.
Aynurə Demokrat.az


