Gündəm Özəl

Azərbaycanda uşaqlar arasında yayılan hansı xəstəlikdir? — AÇIQLAMA

Azərbaycanda uşaqlar arasında yayılan hansı xəstəlikdir? — AÇIQLAMA

Dünyada ən təhlükəli yoluxucu xəstəliklərdən biri də suçiçəyidir. Hava-damcı yolu ilə insanlara bulaşan bu xəstəlik əsasən uşaq infeksion xəstəliklərinə daxildir və demək olar ki, uşaqlıqda yolxumayan böyüklər də bu virusa yoluxur. Elə son bir neçə gündür ki, ölkədə kiçikdən-böyüyə əksər şəxsin “suçiçəyi” xəstəliyinə yoluxması halı müşahidə olunur.

İnfeksionist Mərdan Əliyev Demokrat.az-a son günlərdə “suçiçəyi” xəstəliyinə yoluxmaların olduğunu təsdiqləyib.

Onun sözlərinə görə, su çiçəyi artıq bir neçə müddətdir ki var və uşaqlar arasında çox geniş yayılıb:

Azərbaycanda uşaqlar arasında yayılan hansı xəstəlikdir? — AÇIQLAMA

“Bu qış və yaz aylarında ən çox rast gəlinə xəstəlikdir. Lakin bu il yay aylarında rast gəlinir və düşünürəm ki, artıq azalmağa doğru gedir”.

Həkim qeyd edib ki, Azərbaycanda bugünədək meymunçiçəyinə rast gəlinməyib:

“Suçiçəyi ilə meymunçiçəyi arasında çox fərq var, əsasən də onların səpgilərində. Qeyd edim ki, meymunçiçəyində səpgilər daha böyük və dərin olur. Onların içərisi suçiçəyində kimi şəffaf olsa da, sonradan irinləyir. Meymunçiçəyi zamanı linfa düyünlərində böyümə müşahidə edilir. Qeyd edim ki, suçiçəyinə daha çox uşaqlar həssas olur, meymunçiçəyinə isə həm böyüklər, həm də uşaqlar eyni dərəcədə həssasdır”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az