Gündəm Özəl

Azərbaycanda meymunçiçəyi təhlükəsi varmı? — AÇIQLAMA

Azərbaycanda meymunçiçəyi təhlükəsi varmı? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib. Bəs, bu nədən xəbər verir? Azərbaycanda meymunçiçəyi təhlükəsi varmı?

Suallarımızı cavablandıran tibb elmləri doktoru, professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında bildirib ki, meymunçiçəyi virusunun qlobal pandemiya yaratmaq prespektivi görünmür:

Azərbaycanda meymunçiçəyi təhlükəsi varmı? — AÇIQLAMA

“Ona görə ki, virus birbaşa kontakt, dəri təmas yolu ilə yoluxduğu üçün onun sürətlə yayılması real görünmür. Amma, hər halda müəyyən ehtiyat tədbirləri görülməlidir ki, xəstələnənlərin sayı az olsun. Testlərin gətirilməsi isə xəstəliyin ölkədə aşkar edildiyi zaman bundan istifadə etmək və müəyyən epidemoloji tədbirləri görməkdir. Hesab etmirəm ki, meymunçiçəyi ilə bağlı qlobal problemlər yaranacaq. Ancaq, hər halda infeksiya varsa, ona qarşı mübarizə də lazımdır və lazım olan tədbirlər də görülməlidir”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az