Hadisə

Bağçada uşağın üstünə şkaf aşdı

Bağçada uşağın üstünə şkaf aşdı

Biləsuvarda uşaq bağçasında bədbəxt hadisə baş verib.

Oxu.Azxəbər verir ki, bu barədə redaksiyamıza daxil olan məlumatda qeyd olunub.

Vətəndaş iddia edir ki, rayonun Əliabad kənd uşaq bağçasında nəzarətsiz qalan 4 yaşlı İbrahimov Mircihad Samir oğlunun üzərinə şkaf aşıb. Uşaq aldığı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Şirvan-Salyan Regional Təhsil İdarəsindənOxu.Az-a bildirilib ki, məsələ raşdırılır. İctimaiyyətə ətraflı məlumat veriləcək.

D
demokrat.az