Sosial Özəl

İlahiyyatçı: “Qurban payı 3 hissəyə bölünür...”

İlahiyyatçı: “Qurban payı 3 hissəyə bölünür...”

9-10 iyul tarixlərində ölkəmizdə Qurban bayramı qeyd olunacaq.

İçərişəhər Cümə məscidinin dini icma rəhbəri, ilahiyyatçı Hacı Surxay bayramın mahiyyəti və bu tarixlə bağlı mütləq şərtləri Demokrat.az-a bildirib:

“Qurban bayramı İslam aləminin ən möhtəşəm və müqəddəs bayramlarından hesab olunur. Dərin tarixə malik olan bir bayramdır. Hər il dünya müsəlmanları tərəfindən qeyd olunan bu bayram, özü ilə hamıya şadlıq, səfa, təmizlik və mərhəmət gətirir. İnsanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri vardır.

İlahiyyatçı: “Qurban payı 3 hissəyə bölünür...”

Qurban sözünün mənası Allaha yaxınlaşmaq mənasındadır. Allah-Təala Qurani-Kərimdə Əlhəq surəsinin 37-ci ayəsində belə buyurur: “Kəsdiyiniz qurbanın nə əti, nə də qanı Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızıdır, Allaha olan səmimiyyətinizdir. Qurban Həcc ziyarətində olanların vacib əmrlərinə çevrilmiş, digər yerlərdə isə müstəhəbdir, savab olan əməllərdən hesab olunur. Qurban bayramında sadalanan şərtlər, eyni zamanda Həccdə kəsilən qurbanlara aiddir. Qurban payı 3 hissəyə bölünür. Birincisi, ailə. İkincisi, qohumlar, bacı və qardaş. Üçüncüsü isə, kasıblara, ehtiyacı olan insanlara. Bir çoxları qurban ətinə şərik ola bilər və ondan pay götürə bilər. Allah hər kəsin qurbanını qəbul etsin.”

Gülçin Qorxmaz Demokrat.az

D
demokrat.az