Rusiyada təyyarə qəzası nəticəsində ölənlərin sayı artıb.
Demokrat.az xəbər verir ki, ölənlərin sayı dörd nəfərə çatıb.
Rusiyanın Ryazan vilayətində “İl-76” tipli təyyarə mühərrikin qəfil alışması nəticəsində qəzaya uğrayıb.
Hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfər olub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.(report.az)


