Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Demokrat.az sərəncamla bağlı şairin övladı, yazıçı Anarla əlaqə saxlayıb. O, bu şad xəbərdən dolayı sevincini dilə gətirib, məmnunluq bildirib:
“Çox böyük hadisədir. Cənab Prezidentə çox minnətdarıq. Ailəm adından, öz adımdan təşəkkür edirəm ki, belə bir sərəncam imzalayıb. Biz çalışacağıq ki, bu muzey Azərbaycanın- Bakının dəyərli mədəiyyət ocaqlarından biri olsun. Atamın vaxtından qalan bütün mebellər muzeyə hədiyyə olunub. Onların çoxlu zəngin şəkil kolleksiyası var, o kolleksiyanın bir hissəsi təqdim olunub. Nə varsa, biz hamısını nazirliyə təhvil vermişik.”
Gülçin Qorxmaz Demokrat.az


