Hadisə

Şaxtada işləyən gəncin üstünə lift düşdü

Şaxtada işləyən gəncin üstünə lift düşdü

Ötən gün Bakıda bədbəxt hadisə baş verib.

Oxu.Az-n məlumatına görə, paytaxtın Xanlar küçəsi 27 ünvanında İlqar Böyükağa oğlu Əbilova məxsus tikilidə liftin trosu qırılıb.

Hadisə nəticəsində liftin şaxtasında çalışan 1997-ci il təvəllüdlü İlham Mənsum oğlu Cəfərov ağır xəsarət alıb.

O təcili olaraq yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilib.

D
demokrat.az