Gündəm Özəl

Həcc monopoliyası: QMİ ən böyük monopolistdir

Həcc monopoliyası: QMİ ən böyük monopolistdir

“İnsanlar əvvəllər Həcc ziyarətinə özəl şirkətlərlə getməyə üstünlük verirdilər. Çünki onlar müxtəlif şəkildə insanlar üçün gözəl təşkilatçılıq həyata keçirirdilər. Ona görə, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə gedənlərlə müqayisədə digərləri say baxımdan daha çoxluq təşkil edirdi”.

Demokrat.az xəbər verir ki, bu sözləri ilahiyyatçı Elşad Miri deyib.İlahiyyatçı bildirib ki, sonrakı dövrdə bu məsələ aktuallığını itirsə də, Hidayət Orucovun dövründən etibarən QMİ yenidən bu gücü əlinə keçirdi və nəticə etibarilə bunu da belə əsaslandırmağa çalışdılar ki, bu dini bir məsələdir, bu ritualdır:

Həcc monopoliyası: QMİ ən böyük monopolistdir

“Onlar bildirdilər ki, bunu həyata keçirmək tək turizm firmasının deyil, konkret olaraq QMİ-nin həyata keçirməli olduğu bir məsələdir. Bununla əsaslandırmağa çalışırdılar ki, turizm firmaları həm Bodruma və ya başqa ölkələrə aparırlar. Nəticə etibarilə təkrar Həccin təşkili məsələsində monopoliya, inhisar alındı. Təbii ki, burada ən böyük və yeganə monopolist QMİ-dir. Onlar bu günləri də Həcc ziyarətinə özləri aparırlar. Əgər həqiqətən də bir yerdə inhisar varsa, rəqabət yoxdursa orada təşkilatçılıq olmur”.

Qiymət məsələsinə gəlincə, ilahiyyatçı əlavə edib ki, onlar bununla istədikləri formada qiymətləri tənzimləyə bilirlər:

“Onlar daha az qazanaq anlayışı ilə deyil, bizim qazancımız azalmasın, amma qiymətlər yüksəlsin anlayışı ilə hərəkət edirlər”.

Sözügedən videonu təqdim edirik:

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az