Gündəm Özəl

ABŞ-dan Ukraynaya növbəti yardım gözlənilir

ABŞ-dan Ukraynaya növbəti yardım gözlənilir

"Ukraynaya daha 7,5 milyard dollar yardım olunacaq".

Demokrat.az"Ukrinform" a istinadən bildirir ki, bunu ABŞ-ın Ukraynadakı səfiri Bridget Brink "Twitter"də Ukraynanın Maliyyə, İqtisadiyyat nazirlikləri və Milli Bankının rəhbərləri ilə görüşündən sonra bildirib.

“Ukraynanın İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və MilliBankın iqtisadi rəhbərliyinə dediyim kimi, Ukraynaya dəstək onun iqtisadiyyatını gücləndirmək deməkdir.Ukrayna və onun xalqına kömək etmək üçün 1 milyard dollarlıq birbaşa dəstək artıq buradadır və daha 7,5 milyard dollar yardım gözlənilir”, - deyə Brink əlavə edib.

Səfir qeyd edib ki, o, artıq yenidənqurma işləri aparan Ukrayna xalqının gözündə qətiyyəti görüb və bunu onların səsində də eşidib.

“Biz çalışacağıq ki, yardımımız ehtiyacı olanlara çatsın və suveren, müstəqil, demokratik, firavan Ukraynanı dəstəkləsin”, - diplomat bildirib.

Leyla Demokrat.az

D
demokrat.az