Gündəm Özəl

“Ermənistanın Qarabağdakı tör-töküntüləri ilə etdikləri Azərbaycanın səbr kasasını daşıracaq” — ŞƏRH

“Ermənistanın Qarabağdakı tör-töküntüləri ilə etdikləri Azərbaycanın səbr kasasını daşıracaq” — ŞƏRH

Ermənistanın baş prokuroru Artur Davtyan qanunsuz olaraq Azərbaycan ərazilərinə gəlib. Erməni prokuror Qarabağdakı terrorçuların başçısı Araik Arutyunyanla görüşüb. Bildirilir ki, görüşdə separatçıların oyuncaq “prokuroru” Qurgen Nersisyan da iştirak edib. Bəs, Laçın dəhlizinə nəzarət edən Rusiya sülhməramlıları hansı əsasla Ermənistanın baş prokurorunu Qarabağa buraxıblar?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Əlimusa İbrahimov Demokrat.az-a açıqlamasında bildirib ki, əslində Ermənistanın rəsmi dövlət xadimlərinin Qarabağda rus sülhməramlı qüvvələrin nəzarətində olan yerlərə getməsi qadağan olunmayıb:

“Bəyanatların özündə belə, Ermənistan vətəndaşlarının istər sıravi vətəndaş olsun, istər dövlət məmurları olsun onların gedib-gəlməsi, eyni zamanda əks istiqamətə hərəkət etmələri qadağan olunmayıb. Buna rus sülhməramlı qüvvələri də heç bir maneə ola bilməzlər. Əgər belə olsa onlar böyük səs-küy qaldırardılar və Ermənistan tərəfinin getməsinə mane olardılar. Sadəcə onların orada gedib iş aparması köklü şəkildə ortalıqda olan qayda-qanunlara ciddi ziyandır. Azərbaycan- Rusiya-Ermənistan arasında olan qaydaları kobud şəkildə pozmaq deməkdir”.

“Ermənistanın Qarabağdakı tör-töküntüləri ilə etdikləri Azərbaycanın səbr kasasını daşıracaq” — ŞƏRH

Politoloq hesab edir ki, Rusiya sülhməramlı qüvvələrinin bu cür hərəkətlər aparmasının qarşısını almalıdır:

“Əgər qarşısını almırsa, deməli Rusiyanın özü də bu hərəkətləri həyata keçirməkdə maraqlıdır. Rusiya maraqlıdır ki, Ermənistanla Qarabağda olan kütləni əlaqələrini möhkəmləndirsin və onlar siyasi səhnədən düşməsinlər. Təbii ki, bu məsələ Azərbaycanın Ermənistana qarşı münasibətinə xələl gətirir və Azərbaycan haqlı olaraq burada qarşılıqlı münasibətlərin pozulmasını əsas götürə bilər. Düşünürəm ki, bütün bu məsələlər Azərbaycan tərəfindən qeyd olunur və sonda Ermənistan və Rusiya tərəfinə də xəbərdarlıq olunacaq. Ermənistanın bu gün Qarabağda yerləşən tör-töküntüləri ilə birlikdə etdikləri hərəkətlər bir gün Azərbaycanın səbr kasasını daşıracaq və artıq ciddi tədbirlər görməyə vadar edəcək. O zaman Azərbaycanın qarşısında heç bir qüvvə dayana bilməyəcək. Çox istərdik ki, Azərbaycan qalan torpaqlarını da işğaldan azad etsin və ermənilərin tör- töküntülərini oradan çıxartsın. Təbii ki, buna da müəyyən şəraitin yetişməsi lazımdı”.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az