Hadisə

Bakıda 57 yaşlı qadını maşın vurdu

Bakıda 57 yaşlı qadını maşın vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan dairəsi yaxınlığında avtomobil yolu keçən 1965-ci il təvəllüdlü Mirzəyeva Təranə Sabir qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

D
demokrat.az