Hadisə

Salyanda avtomobil kanala düşüb – 2 nəfər ölüb

Salyanda avtomobil kanala düşüb – 2 nəfər ölüb

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb. Belə ki, Neftçala rayonunun Qaçaqkənd kənd sakini, 1990-cı il təvəllüdlü Abışov Şəhriyar Mahir oğlu idarə etdiyi “Hundai” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobil yolun kənarındakı kollektora aşıb.

Qəza nəticəsində avtombildə olan sərnişin, 1994-cü il təvəllüdlü İsrafilov Mərhəmət Vahid oğlu hadisə yerində ölüb. Xəsarət alan Qaçaqkənd kəndinin sakinləri, 1993-cü il təvəllüdlü, Nəbiyev Natiq Namiq oğlu və İsrafilov Qubad İlqar oğlu və sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq avtomobilin sürücüsü Ş. Abışov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az