Hadisə

Azərbaycanda məktəbli qızı ərə verdilər

Azərbaycanda məktəbli qızı ərə verdilər

Sabirabad rayonunda məktəbli qız ərə verilib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, toy Sabirabad rayonunun Qəzli kəndində baş tutub:

“Sabirabad rayonu Qəzli kəndində IX sinif şagirdinin qız toyu olub. 1-2 həftəyə də oğlan toyu olacaq. Qızın adını yazmayacağam, anasının adı isə Zöhrədir”.

Məlik Demokrat.az

D
demokrat.az