Daxili siyasət

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək

Mərkəzi Bankın İdarə Heyətinə üzvlər təyin ediləcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin mayın 31-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Belə ki, Mərkəzi Banka yeni sədrin təyin edilməsinin ardınca qurumun İdarə Heyətinin yenidən formalaşdırılacağı gözlənilir.

İdarə Heyətinin 3 üzvünün səlahiyyət müddəti ötən ay başa çatıb.

Belə ki, Alim Quliyev, Vadim Xubanov və Aftandil Babayev sonuncu dəfə 2017-ci ilin mart ayında Milli Məclisin qərarı ilə 5 il müddətinə İH-nin üzvü seçiliblər.

Rza Demokrat.az

D
demokrat.az