Kriminal

Salyanda 30 yaşlı kişiyə qılıncla xəsarət yetirildi

Salyanda 30 yaşlı kişiyə qılıncla xəsarət yetirildi

Salyan sakini başından yaralanıb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Xalac kəndində qeydə alınıb. Kənd sakini, 1992-ci il təvəllüdlü Səmədov Əlqayıt Namiq oğlu baş nahiyəsinin kəsilmiş-yarılmış yarası ilə Salyan Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Yaralının dediyinə görə, o, qohumu tərəfindən qılıncla vurulub.

Faktla bağlı araşdırma aparılır.

Demokrat.az

D
demokrat.az