Odessa vilayətində Rusiya raketinin infrastruktur obyektini vurması nəticəsində yanğın baş verib.
Demokrat.az "Ukrinform"a istinadən xəbər verir ki, bu barədəTelegram-da Odessa Şəhər Şurasının mətbuat xidməti məlumat yayıb.
“Rusiya raketinin Odessa vilayətindəinfrastruktur obyektlərindən birini vurması nəticəsindəyanğın baş verib və xilasedicilər hadisə yerində işləyir”, - məlumatda deyilir.
Yaxınlıqdakı yaşayış məntəqələrində əhalinin həyat və sağlamlığı üçün hər hansı təhlükənin olmadığı qeyd edilir.
Leyla Demokrat.az


