Hadisə

Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü

Azərbaycanda ana olan qadın 1 həftə sonra öldü

Tovuzda yeni ana olmuş qadın vəfat edib.

Demokrat.az xəbər verir ki, rayonun Dondar Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Şiranə Həsənova mayın 11-də Tovuz Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. 35-36 həftəlik uşaq dünyaya gətirən qadın daha sonra halı pisləşdiyindən xəstəxanada saxlanılıb.

Tibbi müdaxilələrə baxmayaraq, 1 həftə sonra – mayın 18-də günorta saatlarında Ş.Həsənova vəfat edib.

Ölüm faktı ilə bağlı araşdırmalar aparılır.(qafqazinfo.az)

D
demokrat.az