Sosial

Zaqatalada uşağı it dişlədi

Zaqatalada uşağı it dişlədi

Zaqatalada 6 yaşlı uşağı it dişləyib.

Qafqazinfo.az-ınməlumatına görə, hadisə axşam saatlarında rayonun Gözbarax kəndində baş verib.

Kənd sakini, 2016-cı il təvəllüdlü Həsənov Məhəmməd Bəhruz oğlu sol çiyinin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 6 yaşlı Məhəmməd Həsənova lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulduqdan sonra xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

D
demokrat.az