Hadisə

Qazax sakininə at xəsarət yetirdi

Qazax sakininə at xəsarət yetirdi

Qazax sakininə at təpik vuraraq xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun "Mal bazarı”nda qeydə alınıb.

1967-ci il təvəllüdlü Abdulkərimov Rasim müxtəlif bədən xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Müayinə zamanı 55 yaşlı kişiyə açıq kəllə-beyin travması və baş-beyin əziyi, bədənin çox saylı əziyi diaqnozları qoyulub. Hazırda xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı araşdırılır.

D
demokrat.az