Ukrayna prezidenti Volodimir Zelenski rusiyameylli partiyaların qadağan edilməsi haqqqında qanunu imzalayıb.
Demokrat.az-ın UNİAN-a istinadən xəbərinə görə, bu barədə Ali Radanın Konstitusiya Məhkəməsindəki nümayəndəsi Olqa Sovqirya məlumat verib.
O, bildirib ki, qanun dərc edildikdən bir gün sonra qüvvəyə minəcək.
Qeyd edək ki, sözügedən qanunu Ali Rada mayın 3-də qəbul edib.


