Gündəm Özəl

Politoloq: “Rusiya regionda proseslərin onun iradəsi xaricində həll olunmasını istəmir”

Politoloq: “Rusiya regionda proseslərin onun iradəsi xaricində həll olunmasını istəmir”

“Ermənistanda artıq neçə həftədir ki, Paşinyan əleyhinə mitinqlər davam edir. Bu mitinqlər də təzminən 10 minə yaxın insan iştirak edir. Bu mitinqin təşkilatçıları müxalif partiyalar, eyni zamanda keçmiş prezident Robert Koçəryanın oğlunun tərəfdarlarının da mitinqlərdə aktivliyini müşahidə edirik”.

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib. Politoloq vurğulayıb ki, “Qarabağ klanı” Rusiya ilə daim yaxın təmasları ilə seçilən siyasi təbəqədir:

“İstisna olunmur ki, bu mitinqlərin təşkil olunmasında müəyyən mənada Rusiyada var. Çünki məlum məsələdir ki, Rusiyanın başı hazırda Ukrayna müharibəsinə qarışıb. Sözsüz ki, Rusiya mövcud olduğu regionda proseslərin onun iradəsi xaricində həll olunmasını istəmir”.

Politoloq: “Rusiya regionda proseslərin onun iradəsi xaricində həll olunmasını istəmir”

“Bura Cənubi Qafqazdakı proseslərə və sülh prosesini də aid edə bilərik. Məlumdur ki, Avropa Birliyinin vasitəçiliyi ilə Azərbaycan-Ermənistan arasında sülh prosesində ciddi irəliləyişlərə nail olunub. Hətta, Paşinyan bununla bağlı çıxışlarında da tezliklə sülh sazişi imzalanmalıdır kimi ifadələr səsləndirmişdir. Lakin Moskva görüşündən sonra Paşinyanın mövqeyində müəyyən dəyişiliklər oldu. Bu, onun göstəricisidir ki, Paşinyan hökuməti sərbəst siyasət yürütmək iqtidarında deyil və Rusiyanın iradəsinə tabedirlər. Ermənistan onsuz da daim Rusiyanın vassalı kimi tanımışıq. İndi də bu siyasəti göstərməkdədir”-deyə politoloq əlavə edib.

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az