Martın 25-də MDU-nin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Nərgiz Paşayeva Lomonosov adına Moskva Dövlət Universitetinin əsas binasında keçirilən "Universitetlər, cəmiyyət və insanlığın gələcəyi" adlı Beynəlxalq Forumda plenar məruzə ilə çıxış edib.
Demokrat.az xəbər verir ki, forum böyük çağırışlar dövründə universitetlərin qlobal elmi-təhsil, texnoloji və humanitar məkanın keçmiş, indiki və gələcək roluna uyğunlaşmasına həsr olunmuşdu.
Forumda yerli və xarici ölkələrin aparıcı universitetlərinin rektorları və prezidentləri, elmi qurumların, akademik dairələrin, dövlət orqanlarının nümayəndələri, tanınmış alimlər və ictimai xadimlər - ümumilikdə 1,5 mindən çox iştirakçı və qonaq iştirak etmişdir.
Akademik Nərgiz Paşayeva öz məruzəsində qeyd edib ki, təhsil prosesindəki ən çətin məsələ müasir tədrisin dağıdıcı, ədəbsiz praqmatizmə və praktisizmə enməsinin qarşısını almaqdır.




