Rusiya işğalçılarının təxribat təhlükəsi olduğundan, ukraynalılar mayın 9-da çox diqqətli olmalıdırlar.
Demokrat.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak "Radio NV"-yə müsahibəsindədeyib.
“Hələ biz başa düşməliyik ki, Rusiya mayın 8-də və ya 9-da ümidsiz şəkildə bizə zərər vermək istəyir. Buna görə də, yəqin ki, hansısa təxribatlar olacaq. Bu gün Rusiya Federasiyasının özünü qeyri-adekvat apardığını başa düşməliyik. Yəni, bunu hərbi, infrastrukturumuzu məhv etmək baxımından yox, sırf psixoloji baxımdan etmək istəyirlər.
Müəyyən çaxnaşma yarada biləcək qədər qeyri-ənənəvi bir şey gözləmirəm. Ruslardan klassik rus davranışları gözləyirəm. Bu, arxadan bir bıçaq zərbəsidir. Belə olan halda, hansısa dinc şəhərimizə daha bir əlavə raket ata bilərlər” - deyə Podolyak qeyd edib.
Podolyak bildirib ki, hərbi uğurları olmadığından, ruslar ukraynalılara qarşı nifrət kompleksini raket zərbələri ilə kompensasiya etməyə çalışır.
Zamiq Demokrat.az


