İsrailin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin telefonla danışıblar.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.
Tərəflər Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 1-də İtaliyanın “Rete-4” telekanalının efirində səsləndirdiyi bəyanatları müzakirə ediblər.
“Baş nazir Lavrovun sözlərinə görə Prezident Putinin üzrxahlığını qəbul edib və ona yəhudi xalqına və Holokostun xatirəsinə münasibətinə aydınlıq gətirdiyinə görə ona təşəkkür edib”,-deyə bildirilib.
Leyla Demokrat.az


