Xerson Regional Dövlət Administrasiyası Xersonda mobil rabitə xidmətlərinin bərpa olunduğunu elan edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Rabitə operatorlarının mütəxəssisləri aprelin 30-da mobil şəbəkələri bərpa edə biliblər.
“Üç gün ərzində rayon mərkəzinin sakinləri qohumları və yaxınları ilə əlaqə saxlaya, eləcə də ölkədə baş verən hadisələrlə bağlı məlumat ala bilməyiblər. Eyni zamanda saxta məlumatlar yayılıb ki, Ukrayna hakimiyyəti tərəfindən əlaqənin kəsilməsi barədə əmr verilib. İndi mobil rabitə tədricən bərpa olunur”, - mesajda deyilir.
Eyni zamanda, internetə çıxış hələ bərpa olunmayıb, lakin mütəxəssislər bunun üzərində işləyirlər.Zədələnmiş texnika döyüş bölgəsində yerləşir, ona görə də onu Nikolayev vilayəti ərazisindən bərpa etməyə çalışacaqlar.
Leyla Demokrat.az


