Hərbi

“Online Python" adlı dərslərə start verilir

“Online Python adlı dərslərə start verilir

Proqramlaşdırmanı öyrənməyə başlamaq istəyənlər üçün Azərbaycan dilində “Online Python” adlı dərslərə start verilir.

Demokrat.az xəbər verir ki, təlimçi“Python ilə proqramlaşdırma” kitabının müəllifi,proqramçı, MilliByte MMC-nin direktoru Kərim Tahiroğludur.

O, dərslərin keçirilmə qaydaları ilə bağlı "Facebook" səhifəsində paylaşım edib:

Hörmətli dostlar, qeydiyyat bitmək üzrədir!

Dərslər Zoom ilə (fasiləsiz) keçiriləcək.

Hər bir dərsin Zoom linki və şifrəsi dərs başlamadan göndəriləcək.

Dərslər tam praktiki olacaq.

Təlim boyu 8 dərs keçiriləcək.

Dərslər həftədə 2 dəfə axşam saatlarında keçiriləcək.

Hər bir dərs 90 dəqiqə davam edəcək.

Dərs bitdikdən sonra suallarınız cavablandırılacaq.

Dərslər Azərbaycan dilində tədris ediləcək.

Təlimin qiyməti 60 AZN-dir. Ödəniş elan olunan son tarixə qədər sizə göndəriləcək bank kartına köçürülməlidir.

Təlimçi ilə WhatsApp-dan +856 20 55 137 616 nömrəsi ilə hər zaman əlaqə saxlaya bilərsiniz.

Leyla Demokrat.az

D
demokrat.az