Rusiya hərbçiləri Ukraynanın Xerson vilayətində Novokaxovka şəhər sovetinin deputatı İqor Protokovilonu qaçırıblar. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kaxovka şəhər ərazi icması öz feysbuk səhifəsində məlumat yayıb. “Aprelin 19-da Nova Kaxovka sakini, Novokaxovka Şəhər Sovetinin deputatı Protokovilo İqor Anatolyeviç Rusiya hərbçiləri tərəfindən öz evindən aparılıb”, - məlumatda bildirilir. Qeyd olunur ki, hələlik Protokovilonun yeri məlum deyil. Xatırladaq ki, aprelin 30-da Xerson vilayətinin Kaxovka şəhərində Rusiya hərbçiləri məktəbin direktoru Viktor Pendalçuku evdən aparıblar. Onun da harada olduğu bilinmir.
Rusiya hərbçiləri Xerson vilayətində deputatı qaçırıblar
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


