"ABŞ Ukraynaya nüvə zərbəsi endirəcəyinə inanmır."
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Moskvanın bununla bağlı təxribatçı ritorikasına baxmayaraq, ABŞ Rusiyanın nüvə silahından istifadə təhlükəsinə inanmır.
Bubarədə ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi məlumat verib.
“Biz onların nüvə imkanlarını gündəlik olaraq yaxından izləməyə davam edirik və nüvə silahından istifadə təhlükəsinin olduğuna inanmırıq”, - deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.
Qeyd edək ki bundan əvvəl Rusiya Xarici işlər naziri Sergey Lavrov gələcəkdə Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə eyham vurmuşdu.
Ukrayna Prezidenti Volodimr Zelenski xəbərdarlıq etmişdi ki,dünya Rusiyanın nüvə zərbəsinə hazırlaşmalıdır.
Ukrayna və xarici kəşfiyyat məlumatlarına görə, Rusiya hazırda nüvə silahını istifadə üçün hazırlaşmır.
Leyla Demokrat.az


