Xəbər verdiyimiz kimi, ictimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovla görüşüb. Demokrat.azxəbər verir ki, Bəxtiyar Hacıyev görüş barədə "Facebook"da paylaşım edib.
“Daxili işlər naziri V.Eyvazovla görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi, DİN-in qanunsuz bir çox addımları barədə açıq söhbətimiz oldu.
Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi”, - o qeyd edib. O vurğulayıb ki, cinayətkarlar tapılmayana, cəzalanmayana qədər başına gələcək hadisələrlə bağlı DİN-in məsuliyyət daşıyacağını bildirib.
Leyla Demokrat.az


