İdman Özəl

Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov, Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının (AKFA) prezidenti Ülvi Quliyev və Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov 01-03 aprel tarixində Serbiyada keçirilən Avropa Çempionatında uğur qazanmış karateçiləri qəbul edib.

Demokrat.az-ın xəbərinə görə, tədbirdə medal qazanmış idmançılarla bərabər onların məşqçiləri də iştirak ediblər.

Federasiyanın Baş katibi Nağı Mehdiyev giriş nitqindən sonra çıxış üçün sözü Gənclər və idman naziri Fərid Qayıbova verib.

Nazir idmançıların qitə çempionatındakı çıxışını yüksək qiymətləndirərək, karateçilərə növbəti yarışlarda da uğurlar diləyib. Habelə idmançılara öz dəstəyini nümayiş etdirib.

Ü.Quliyev isə öz növbəsində nailiyyət qazanmış idmançıları təbrik edib və uğurların davamlı olacağına əminliyini ifadə edib. Assosiasiya prezidenti, hazırda hərbi xidmətini davam etdirən Elcan Məmmədrzayevin Böyüklər arasında yeganə qızıl medala sahib olduğunu xüsusi qeyd edib.

Tədbirin təşkilatçılığını öz üzərinə götürən, idmançılara və məşqçilərə yarış öncəsi və sonrası daim öz dəstəyini əsirgəməyən Dünya və Avropa çempionu, Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti Arif Məmmədov karateçilərin Azərbaycanı daim layiqincə təmsil edəcəyinə inandığını bildirib. O, nazirlə görüşdən sonra yığma komandanın noyabrda Çexiyada düzənlənəcək Dünya çempionatına daha da böyük ruh yüksəkliyi ilə kökləndiyini vurğulayıb. Tədbirin sonunda Fərid Qayıbov, Ülvi Quliyev və Arif Məmmədov Avropa çempionatında uğur qazanmış idmançıları və məşqçiləri müxtəlif mükafatlarla təltif ediblər. Həmçinin, onlara idmançı və məşqçi vəsiqələri təqdim olunub. Bundan başqa, yığma komandanın yeni geyim formalarının təqdimatı keçirilib.

Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Gənclər və idman naziri Avropa çempionatında uğur qazanmış karateçilərlə görüşdü — FOTOLAR
Zamiq Demokrat.az

D
demokrat.az